Rus Dram Teatrının aktrisası 70 illiyi münasibətilə təltif edilib

Rus Dram Teatrının aktrisası 70 illiyi münasibətilə təltif edilib Yevgeniya Nevmerjitskaya həyatının 50 ildən çoxunu səhnəyə həsr edib
İncəsənət
3 Fevral , 2016 11:51
Rus Dram Teatrının aktrisası 70 illiyi münasibətilə təltif edilib

Bakı. 3 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Yevgeniya Stepanovna Nevmerjitskayanı 70 illik yubileyi münasibətilə və teatr sənəti sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə mükafatlandırıb.

Bu barədə "Report"a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Qeyd edək ki, həyatının 50 ildən çoxunu səhnəyə, sənətə həsr Yevgeniya Nevmerjitskaya Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirib.

1963-cü ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Bu illər ərzində teatrın səhnəsində 70-dən artıq rol oynayıb, xarakterik qadın rollarının ifaçısı kimi tanınıb.

Aktrisa 2000-ci ildə əməkdar artist fəxri adına layiq görülüb, 2006-cı ildən Prezident təqaüdçüsüdür. 2016-cı il yanvarın 17-də aktrisanın 70 illiyi çalışdığı doğma teatrda yubiley tamaşası ilə qeyd edilib.

Həmin gün P.Qladilinin “Afina axşamları” tamaşasının premyerasında səhnəyə çıxan aktrisanın oyunu alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi