Rumıniyanın tanınmış aktyoru vəfat edib

Rumıniyanın tanınmış aktyoru vəfat edib Mirça Albulesku ürəyində yaranan problemlər nəticəsində dünyasını dəyişib
İncəsənət
9 Aprel , 2016 08:44
Rumıniyanın tanınmış aktyoru vəfat edib

Bakı. 9 aprel. REPORT.AZ/ Rumıniyanın tanınmış aktyoru Mirça Albulesku dünyasını dəyişib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 81 yaşlı aktyor ürəyində yaranan problemlərdən sonra həyatla vidalaşıb.

Aktyor bazar günü torpağa tapşırılacaq.

Qeyd edək ki, Mirça Albulesku Buxarest Bələdiyyə Teatrının, Musiqili Komediya və Buxarest Milli Teatrlarının aktyoru olub. Teatrla yanaşı, kinoda və televiziyada da çıxış edən aktyor, həm də şair kimi tanınıb. Yazdığı şeirləri bədii qiraətçi kimi tamaşaçılara çatdıran aktyor Rumıniyanın Yazıçılar Birliyinin üzvü olub.

Rumıniyanın İncəsənət Universitetinin professoru olan Mirça Albulesku 1992-1994-cü illərdə Rumıniya Mədəniyyət Nazirliyində dövlət katibi vəzifəsini icra edib.

Son xəbərlər

Orphus sistemi