Rio de Janeyroda Azərbaycan Mədəniyyət Həftəsi keçiriləcək

Rio de Janeyroda Azərbaycan Mədəniyyət Həftəsi keçiriləcək "Mədəniyyət Həftəsi" aprelin 21-dən başlayır
İncəsənət
13 Aprel , 2015 20:39
Rio de Janeyroda Azərbaycan Mədəniyyət Həftəsi keçiriləcək

Bakı. 13 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan-Braziliya mədəni əlaqələrinin inkişafı, iki ölkə xalqlarının bir-birini yaxından tanıması, Azərbaycan mədəniyyətinin təbliği, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi məqsədilə aprelin 21-dən 27-dək Rio de Janeyroda Azərbaycan Mədəniyyət Həftəsi keçirəcək. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Cənubi Amerikada ilk dəfə olaraq keçirilən və Rio de Janeyronun 450 illiyinə təsadüf edən Mədəniyyət Həftəsi çərçivəsində Azərbaycan milli mətbəx nümunələrinin, ölkəmizin mədəniyyətini, tarix və memarlıq abidələrini, təbiət mənzərələrini və turizm potensialını əks etdirən "Azərbaycan dünən, bu gün və sabah" adlı fotosərgi, xalq artisti Mənsum İbrahimovun, muğam ifaçısı Arzu Əliyevanın ifasında (əməkdar artistlər Elçin Haşımovun (tar), Elnur Əhmədovun (kamança) müşayiəti ilə) muğam konserti və Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin milli rəqs, Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrinin və "Trio Qarabağ" muğam qrupunun konsertləri, "Nabat", "Hakim haradadır?" filmlərinin nümayişi keçiriləcək.

Qeyd edək ki, tədbirlər Rio de Janeyronun "İncəsənət şəhəri"ndə ("Cidade des Artes") - "Cafe das artes", "Gallery", "Teatro de Camara", "Sala de Leitura", "Grande Sala" kimi tanınmış sənət məkanlarında təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi