Rəşid Şəfəqin sağlıq durumu yaxşılaşır

Rəşid Şəfəqin sağlıq durumu yaxşılaşır Bəstəkar reanimasiyadan palataya köçürülüb
İncəsənət
19 Yanvar , 2015 14:53
Rəşid Şəfəqin sağlıq durumu yaxşılaşır

Bakı. 19 yanvar. REPORT.AZ/ "Dünəndən reanimasiyadan palataya köçürülmüşəm. Hazırda özümü yaxşı hiss edirəm. Müalicələrim davam edir. Bu gün Bəstəkarlar İttifaqından yanıma gələcəklər. Məni ziyarət etmək istəyirlər. Bəstəkarlar İttifaqının rəhbəri Firəngiz Əlizadə mənə zəng edib, əhvalımı soruşub, müalicəmlə maraqlanıb". 

Bu barədə "Report"a açıqlamasında əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Şəfəq özü məlumat verib.

Bəstəkar Rəşid Şəfəq onun haqqında mətbuatda xəbərlər getdikdən sonra çoxlu sayda dost-tanışların onu axtardığını, maraqlandığını deyib: "Yaqub Zurufçu, professor Əjdər Ağayev, bəstəkar Ramiz Mirişli, Mübariz Tağıyev və Kanadada yaşayan 80 yaşlı bəstəkarımız Adil Bəbirov mənə zəng edib, halımı soruşublar. Hamısına təşəkkür edirəm".

Rəşid Şəfəq müalicə xərclərini bəstəkar Həsən Rzayevin oğlu, musiqiçi Atəş Rzayevin ödədiyini vurğulayıb.

Qeyd edək ki, bəstəkar Rəşid Şəfəq 1940-cı ildə Bakıda anadan olub. Yaradıcılığını əsasən uşaqlara həsr edən bəstəkar 80-ci illərdə tanınmış rus şairi S.Marşakın poemaları əsasında “Səfeh siçan balası”, “Ağıllı siçan balası” nağıllarını musiqi dilinə çevirərək maraqlı uşaq operaları yaradıb. Rəşid Şəfəqin Moskvada nəşr olunan “Ana yurdumuz” mahnılar almanaxında xor və solistlər üçün nəğmələri, “Cəngavərlər” vokal-xor silsiləsindən miniatürləri keçmiş SSRİ miqyasında geniş yayılıb.

Son xəbərlər

Orphus sistemi