Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək

Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək Konsert proqramı Mahnı Teatrında olacaq
İncəsənət
26 Dekabr , 2015 16:21
Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək

Bakı. 26 dekabr. REPORT.AZ/ Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında SSRİ xalq artisti Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə konsert proqramı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Konsert proqramı dekabrın 26-da saat 18.00-da baş tutacaq.

Konsert proqramı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi