​Rejissor Eldar Ryazanov dünyasını dəyişib

​Rejissor Eldar Ryazanov dünyasını dəyişib O, 30-dan çox sevilən filmin müəllifidir
İncəsənət
30 Noyabr , 2015 04:03
​Rejissor Eldar Ryazanov dünyasını dəyişib

Bakı. 30 noyabr. REPORT.AZ/ Noyabrın 29-dan 30-a keçən gecə Moskva klinikalarından birində SSRİ-nin Xalq artisti Eldar Ryazanov dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə rejissorun doğmaları TASS-a məlumat veriblər.

O, növbəti dəfə noyabrın 21-də xəstəxanaya yerləşdirilib. Həkimlər 88 yaşlı kino xadiminin həyatı uğrunda uzun müddət mübarizə aparıblar. Ötən gün axşam o, ağciyərin süni ventilyasiyası aparatına qoşulub. Ağ ciyərlə yanaşı onda ürək çatışmazlığı da aşkar edilib.

Ryazanov rejissor, ssenariçi, aktyor və prodüser idi. O, hələ də tamaşaçılar tərəfindən sevilən 30-dan çox filmin müəllifidir. Onların arasında "Avtomobildən qorun" (1966), "Həyatın ironiyası və ya Həmişə təmizlikdə!" (1975) və "Amansız romans" (1984) filmlərini göstərmək olar. Eldar Aleksandroviç 1984-cü ildə SSRİ-nin Xalq artisti adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi