Rejissor Cavanşir Məmmədovun 100 illik yubileyi qeyd olunub

Rejissor Cavanşir Məmmədovun 100 illik yubileyi qeyd olunub Cəmil Quliyev və Aydın Kazımzadə Cavanşir Məmmədov haqqında xatirələrini bölüşüblər
İncəsənət
23 Oktyabr , 2015 16:24
Rejissor Cavanşir Məmmədovun 100 illik yubileyi qeyd olunub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində görkəmli kinooperator və rejissor, xalq artisti Cavanşir Məmmədovun 100 illik yubileyi qeyd olunub. 

"Report" xəbər verir ki, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. 

Tədbirdə Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev, əməkdar incəsənət xadimi Aydın Kazımzadə Cavanşir Məmmədov haqqında xatirələrini bölüşüblər, onun 60 il kinematoqrafiya sahəsinə xidmətindən söz açıblar.

Mərasimin sonunda Cavanşir Məmmədovun çəkdiyi “Xəzər neftçiləri haqqında dastan” sənədli filmi nümayiş etdirilib.

Qeyd edək ki, Nizami Kino Mərkəzinin foyesində Cavanşir Məmmədovun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi