Rassel Krounun "Son Ümid" filminin afişası səs-küyə səbəb olub

Rassel Krounun "Son Ümid" filminin afişası səs-küyə səbəb olub Kinosevərlər ictimai mediada da öz etirazlarını bildirərək: "Bunlar ucuz hərəkətlərdir Rassel" kimi fikirlər səsləndiriblər
İncəsənət
5 Dekabr , 2014 21:47
Rassel Krounun Son Ümid filminin afişası səs-küyə səbəb olub
Bakı. 5 dekabr. REPORT.AZ/ Rejissorluğunu məşhur aktyor Rassel Krounun sahibləndiyi, baş rollarını isə Olqa Kurilenko, Yılmaz Ərdoğan və Cem Yılmazın paylaşdığı "Son Ümid" filmi ekranlara çıxmaq üçün günlərini sayır.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ssenarisini Endryu Anastasios və Endryu Naytın yazdığı, rejissorluğunu Rassel Krounun etdiyi 2014 Avstraliya, Türkiyə, ABŞ istehsalı olan "Son Ümid" filmi yaxın günlərdə kinosevərlərə təqdim olunacaq. 

Baş rollarını Rassel Krou, Olqa Kurilenko, Cey Kortni, Cem Yılmaz və Yılmaz Ərdoğanın oynadığı filmdə Çanaqqala döyüşündə itgin düşmüş üç oğlunu axtaran avstraliyalı bir atanın Türkiyəyə gəlişi əsas süjet xəttini təşkil edir.

Filmin ancaq Türkiyədə təqdimatı keçirilib. Türkiyə təqdimatında filmin afişasında Rassel Krou ilə birgə Cem Yılmaz və Yılmaz Ərdoğanı görən türk kinosevərlər qürurlansalar da, bu sevinc uzun çəkməyib, afişanın yalnız Türkiyə üçün hazırlandığı haqqında məlumat onları təəssüfləndirib.

Türkiyə xaricində filmin afişasında yalnız Rassel Krounun olması səs-küyə səbəb olub. Kinosevərlər bildiriblər ki, Cem Yılmaz və Yılmaz Ərdoğanı türk kinosevərlərin diqqətini çəkmək üçün istifadə etmək ucuz bir düşüncə tərzidir. Kinosevərlər ictimai mediada da öz etirazlarını bildirərək: "Bunlar ucuz hərəkətlərdir Rassel" kimi fikirlər səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi