Ramiz Novruzun 60 illik yubileyinə həsr olunan xüsusi tamaşa hazırlanacaq

Ramiz Novruzun 60 illik yubileyinə həsr olunan xüsusi tamaşa hazırlanacaq Xalq artistinin yubileyi payızda qeyd ediləcək
İncəsənət
27 İyun , 2015 13:44
Ramiz Novruzun 60 illik yubileyinə həsr olunan xüsusi tamaşa hazırlanacaq

Bakı. 24 iyun. REPORT/ AZ Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzun 60 illik yubileyi münasibətilə çalışdığı teatrda xüsusi tamaşa səhnəyə qoyulacaq. 

O, "Report"a açıqlamasında bildirib ki, oktyabr-noyabr aylarında Milli Dram Teatrında təntənəli yubiley gecəsi keçiriləcək. 

Mayın 25-də 60 yaşının tamam olduğunu, bu münasibətlə işlədiyi teatrda özünün iştirakı ilə silsilə tamaşalar nümayiş etdirildiyini deyən xalq artisti bildirib ki, təmtəraqlı yubiley gecəsinin keçirilməsi payıza qalıb: "Mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi. Yubileyim bu hadisə ərəfəsinə düşdüyünə görə, təntənəli tədbirin keçirilməsinə razılıq vermədim". 

R.Novruzun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi yubileyini təntənəli şəkildə qeyd etmək istəyir: "Sağ olsunlar, mənə diqqət göstəriblər. Həyat və sənət fəaliyyətimə həsr olunan kitabın nəşr edilməsi də planlaşdırılıb. May ayında Binəqədidəki binada baş verən yanğının səbəb olduğu faciəyə görə, təntənəli yubiley tədbirlərinin keçirilməsini istəmədim. Teatrımızın daxilində qapalı şəkildə tamaşa oynadıq və bununla bitdi. Allah qoysa, payızda yubileyimi qeyd edərəm". 

Qeyd edək ki, Ramiz Novruzun 60 illik yubileyi şərəfinə Akademik Milli Dram Teatrında  yeni tamaşaya quruluş veriləcək. Tamaşanın hansı əsər əsasında hazırlanacağı hələ dəqiqləşməyib. 

Son xəbərlər

Orphus sistemi