Ramiz Mirişli birinci Fəxri xiyabanda dəfn olunacaq

Ramiz Mirişli birinci Fəxri xiyabanda dəfn olunacaq Xalq artisti 81 yaşında vəfat edib
İncəsənət
18 Aprel , 2015 12:47
Ramiz Mirişli birinci Fəxri xiyabanda dəfn olunacaq

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli birinci Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, R.Mirişli 81 yaşında vəfat edib.

Bəstəkar 1934-cü il aprelin 16-da Naxçıvanda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adına layiq görülüb.

Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır. O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir. 

Son xəbərlər

Orphus sistemi