Bakı. 7 iyul. REPORT.AZ/ Ramazan bayramı münasibəti ilə Lənkəran şəhərində bayram şənliyi keçirilib.
"Report" xəbər verir ki, Lənkəranın Heydər Əliyev adına Xatirə Parkında Şəhər İcra Hakimiyyətinin dəstəyi və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə musiqili-əyləncəli konsert proqramı təşkil olunub.
Tədbirdə yerli incəsənət ustaları və mədəniyyət kollektivlərinin nümayəndələri, bədii qiraət ustaları iştirak edib.
Əsl bayram ab-havasında keçən konsert proqramını rayon sakinləri ilə yanaşı, şəhərdə olan əcnəbi qonaqlar da maraqla izləyiblər.