Rafiq Hüseynli: "Özümü normal hiss edirəm"

Rafiq Hüseynli: "Özümü normal hiss edirəm" "Hazırda televiziyada yeni mətnlər üzərində çalışıram"
İncəsənət
1 İyun , 2016 16:11
Rafiq Hüseynli: Özümü normal hiss edirəm

Bakı. 1 iyun. REPORT.AZ/ "Hazırda səhhətim normaldır". 

Bunu "Report"a Azərbaycanın xalq artisti, tanınmış diktor Rafiq Hüseynli bildirib. 

O, vaxtaşırı Türkiyədə müalicə kursu keçdiyini deyərək, hazırda televiziyada işlərinə davam etdiyini söyləyib: "Vaxtaşırı Türkiyəyə gedirəm. Müalicə kursumu keçirəm. Özümü normal hiss edirəm. İşimlə, sənətimlə məşğulam. Hazırda televiziyada yeni mətnlər üzərində çalışıram. Şükür, hələlik hər şey qaydasındadır."

Xatırladaq ki, tanınmış diktor, xalq artisti Rafiq Hüseynli 2013-cü ildə Türkiyədə ağır cərrahiyyə əməliyyatı keçirib. 

Son xəbərlər

Orphus sistemi