Qusar teatrında “Nənənin kələyi” tamaşasının premyerası olub

Qusar teatrında “Nənənin kələyi” tamaşasının premyerası olub Tamaşa Qusarın kəndlərində nümayiş etdiriləcək
İncəsənət
15 Dekabr , 2015 17:50
Qusar teatrında “Nənənin kələyi” tamaşasının premyerası olub

Bakı. 15 dekabr. REPORT.AZ/ Qusar Dövlət Ləzgi Dram Teatrında Əhməd Orucoğlunun “Nənənin kələyi” tamaşasının premyerası olub.

“Report” xəbər verir ki, rejissor Bağır Əhmədovun quruluş verdiyi səhnə əsərində iki gəncin sevgisi və buna qarşı çıxan nənənin münasibəti canlandırılır.

Tamaşanın musiqi tərtibatçısı Şaiq Qardaşov, rəssamı İlqar Burzıyevdir.

Rolları Tamara Məmmədova, Esmira Paşayeva, Namik Mustafayev və başqa aktyorlar ifa edir.

Son xəbərlər

Orphus sistemi