"Qoca kloun” tamaşası Türkiyədə festivalda nümayiş etdiriləcək

"Qoca kloun” tamaşası Türkiyədə festivalda nümayiş etdiriləcək Gənc Tamaşaçılar Teatrı Trabzonda keçiriləcək festivalda iştirak edəcək
İncəsənət
19 Aprel , 2016 14:55
Qoca kloun” tamaşası Türkiyədə festivalda nümayiş etdiriləcək

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün dəvət alıb.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, mayın 2-dən 15-dək Türkiyənin Trabzon şəhərində keçiriləcək XVII Qara dəniz ölkələri Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün kollektiv səfərə hazırlaşır. Teatr festivalda Azərbaycanı məşhur rumın dramaturqu Matey Vişnekin “Qoca kloun” tamaşası ilə təmsil edəcək. 

Teatrın direktoru Mübariz Həmidov və yararadıcı kollektivi aprelin 27-də Türkiyənin Trabzon şəhərinə yola düşəcəklər.

Mayın 2-də festivalın təntənəli açılış mərasimi olacaq, mayın 3-də isə Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində “Qoca kloun” tamaşası beynəlxalq münsiflər heyətinə təqdim olunacaq.

Quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov olan tamaşada rejissorla yanaşı, gənc və istedadlı aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov və Müşfiq Əliyev eyni səhnəni paylaşırlar. İkihissəli tragikomediya janrında olan tamaşa yaşlı aktyor-klounların həyatını, onların faciəli talelərini əks etdirir.

Qeyd edək ki, hər il ənənəvi keçirilən festivalda Türkiyənin məşhur teatr kollektivləri ilə yanaşı, dünyanın bir çox ölkələrinin ən nüfuzlu teatrları iştirak edir.

Səfər müddətində teatrın rəhbəri Mübariz Həmidovun bir neçə xarici ölkə teatr rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi