Bakı. 20 may. REPORT.AZ/ Mayın 19-da Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğında həlak olan və yaralanan vətəndaşların xatirəsinə Akademik Milli Dram Teatrında gündəlik məşqlər və axşam nümayiş ediləcək tamaşa təxirə salınıb.
Bu barədə "Report"a Akademik Milli Dram Teatrının baş inzibatçısı Elnur Məmmədov məlumat verib. O qeyd edib ki, belə ağır gündə tamaşa nümayiş etdirməyi doğru saymırlar: "Akademik Milli Dram Teatrı Azərbaycanın aparıcı teatrı olaraq, xalqın matəm içində olduğu gündə tamaşa nümayiş etdirə bilməz. Buna nə teatrın rəhbərliyi, nə də aktyor heyəti razı olmaz. Ona görə də, bu gün teatrda olan gündəlik məşqləri və axşam nümayiş etdiriləcək "Şekspir" tamaşasını təxirə saldıq. Bu qərarı teatrın rəhbərliyi və kollektivi yekdilliklə qəbul edib".
Xatırladaq ki, mayın 20-də axşam Akademik Milli Dram Teatrında yazıçı
Mayın 19-da Bakının Binəqədi rayonunun "Azadlıq" prospektindəki 16 mərtəbəli binanın yanması nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfər xəsarət alıb.