Qara Qarayev "VI Müasir Musiqi Festivalı" başlayıb

Qara Qarayev "VI Müasir Musiqi Festivalı" başlayıb Festival aprelin 25-də başa çatacaq
İncəsənət
20 Aprel , 2015 10:10
Qara Qarayev VI Müasir Musiqi Festivalı başlayıb

Bakı. 20 aprel. REPORT.AZ/ Aprelin 20-25-dək Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Festival çərçivəsində aprelin 20-də Qara Qarayev adına 8 saylı uşaq musiqi məktəbində ustad dərsləri, saat 19:00-da isə Azərbaycan Dövlət Filarmoniyasında Festivalın açılış mərasimi keçiriləcək.

Açılış mərasimində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayevin, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində aprelin 21-i saat 12:00-da Muzey Mərkəzində Marianna Visotskayanın təqdimatında mühazirə və operaya baxış, saat 19:00-da kamera və orqan musiqisi zalında Laut Käfig ətrafında proqram, aprelin 22-si saat 12:00-da Muzey Mərkəzində Tstiana Tsaregradskaianın təqdimatında mühazirə və operaya baxış, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Stories of Love" adlı multimedial layihənin təqdimatı, aprelin 23-ü saat 12:00-da Muzey Mərkəzində "XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri" mövzusunda elmi-nəzəri konfrans, saat 19:00-da Gən Tamaşaçılar Teatrında multimedial opera proqramı keçiriləcək.

Aprelin 24-də Beynəlxalq Muğam Mərkəzində “Sevgi hekayətləri” layihəsi təqdim olunacaq.
Festivalın yekun konserti aprelin 25-də Azərbaycan Dövlət Filarmoniyasında olacaq. “Xütbə, Dua, Daşqın – Təzadlar?!” ideyalarını birləşdirən bu konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Rusiyanın “Questa musica” ansamblı çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi