Bakı.21 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.
"Report" xəbər verir ki, teatrda SSRİ xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası əsasında tamaşa hazırlanır.
Teatrın rus bölməsində hazırlanacaq tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əli Usubovdur.
Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalçikin, Volqoqradın musiqili teatrlarında tamaşaya qoyulub.
Qeyd edək ki, tamaşanın quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəs
Tamaşada əsas rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko və başqaları ifa edir.