"Qaçaq qocalar" tamaşası Türkiyədə mükafat qazanıb

"Qaçaq qocalar" tamaşası Türkiyədə mükafat qazanıb Tamaşanın rejissoru Nofəl Vəliyev "Ən yaxşı rejissor işi" nominasiyasında qalib olub
İncəsənət
28 Avqust , 2015 11:21
Qaçaq qocalar tamaşası Türkiyədə mükafat qazanıb

Bakı. 28 avqust. REPORT.AZ/ "Qaçaq qocalar" tamaşası Türkiyədə "XV Direklerarası Seyirci Ödülləri" qurumunun mükafatını qazanıb.

Bu barədə "Report"a tamaşanın rejissoru, əməkdar artist Nofəl Vəliyev məlumat verib.

Onun sözlərinə görə, "Qacaq qocalar" tamasası Türkiyədə keçirilən festivalda iştirak edib: "Türkiyədə "Direklerarası Seyirci Ödülləri" qurumu var. Çox nüfuzlu qurumdur, bütün tamaşaları izləyirlər, tamaşaçılar arasında sorğu keçirirlər. Mənim hazırladığım tamaşanı da seyr ediblər və xaricdən gələn qruplar içərisində Azərbaycanı təmsil edən bizim tamaşa mükafat aldı. Bu tamaşaya görə "Ən yaxşı rejissor işi" nominasiyasında mükafat qazandım".

Xatırladaq ki, "Qaçaq qocalar" əsərinin müəllifi Elçin Hüseynbəylidir. Tamaşanı Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən "Rejissorluq emalatxanası"nda əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Nofəl Vəliyev hazırlayıb. 

Tamaşanın səhnə tərtibatçısı Nofəl Vəliyev, geyim üzrə rəssamı Zəminə Orucova, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Rolları Kərəm Hadızadə, əməkdar artistlər Nofəl Vəliyev, Seyidşah Məmmədov, Məsumə Babayeva, Eşqin Quliyev, Səbinə Məmmədova ifa edir.

Son xəbərlər

Orphus sistemi