Pantomima Teatrında yeni tamaşanın premyerası keçiriləcək

Pantomima Teatrında yeni tamaşanın premyerası keçiriləcək "Adagio" adlı səhnə əsəri iyulun 2-də tamaşaçılara təqdim ediləcək
İncəsənət
28 İyun , 2016 13:03
Pantomima Teatrında yeni tamaşanın premyerası keçiriləcək

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Pantomima Teatrında iyulun 2-də yeni tamaşanın premyerası keçiriləcək.

Bu barədə "Report"a Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev məlumat verib.

Onun sözlərinə görə, poetik düşüncə janrında olan "Adagio" adlı səhnə əsərinin müəllifi və quruluşçu rejissoru xalq artisti Bəxtiyar Xanızadədir.

Tamaşada əməkdar artist Nargilə Qəribova çıxış edəcək.

Yeni tamaşa iyulun 3-də də nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi