"Oskar" mükafatı laureatı vəfat edib

"Oskar" mükafatı laureatı vəfat edib Körtis Henson 71 yaşında evində dünyasını dəyişib
İncəsənət
21 Sentyabr , 2016 12:41
Oskar mükafatı laureatı vəfat edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Oskar" mükafatı laureatı, rejissor və ssenarist Körtis Henson 71 yaşında evində vəfat edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə ölümün səbəbi infarkt olub.

Los-Ancelesdə boya-başa çatan K.Henson ötən əsrin 70-ci illərində rejissor və ssenarist kimi işləməyə başlayıb. Onun ilk uğurlu filmi intiqam almaq üçün dayə kimi işə düzələn ailəsini itirmiş qadın barədə olan "Beşiyi yelləyən əl" trilleri olub.

K.Hensonun başqa bir uğurlu filmi baş rolunu məşhur amerikalı reper Eminemin ifa etdiyi "Səkkiz mil" dramı olub. Film ötən əsrin 90-cı illərinin ortalarında Detroytda yaşayan, qaradərililərin tərzi olan hip-hop aləmində ağ repçi olan "B-Rabbit" Smit Jr.-in həyat mübarizəsindən bəhs edir.

Son xəbərlər

Orphus sistemi