Opera və Balet Teatrına "Steinway & sons" firmasının istehsal etdiyi royal alınıb

Opera və Balet Teatrına "Steinway & sons" firmasının istehsal etdiyi royal alınıb Opera və Balet Teatrında heç vaxt bu firmanın istehsal etdiyi royal olmayıb
İncəsənət
5 May , 2016 06:53
Opera və Balet Teatrına Steinway & sons firmasının istehsal etdiyi royal alınıb

Bakı.4 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Teatrı üçün dünyanın qabaqcıl musiqi alətləri istehsalçılarından biri olan "Steinway & sons" firmasının istehsal etdiyi royalı alıb.

Bu barədə "Report"a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatından məlumat verilib.

Teatrdan bildirilib ki, öz fəaliyyəti dövründə teatrda heç vaxt bu firmanın istehsal etdiyi royal olmayıb.

Opera və Balet Teatrının milli mədəniyyətimizin flaqmanı olduğunu, burada hər zaman mürəkkəb opera və balet tamaşalarının ifa edildiyini, Teatrda tez-tez xarici dirijorlar və vokalçıların çıxış etdiyini, həmçinin yaradıcı kollektivlərimiz və sənətçilərimizin milli musiqi mədəniyyətini xaricdə təmsil etdiyini nəzərə alsaq, Teatrın yeni musiqi alətləri ilə təchiz edilməsini dövlət və dövlət başçısının milli mədəniyyətimizə qayğı və diqqətinin təzahürü kimi qiymətləndirmək olar. 

Xatırladaq ki, bir müddət bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Teatrının simfonik orkestri üçün aparıcı Avropa firmalarının istehsalı olan nəfəsli musiqi alətləri alıb.

Son xəbərlər

Orphus sistemi