Opera və Balet Teatrı mövsümə yekun vurub

Opera və Balet Teatrı mövsümə yekun vurub Teatr Cüzeppe Verdinin "Traviata" operasını nümayiş etdirib
İncəsənət
1 İyul , 2015 20:21
Opera və Balet Teatrı mövsümə yekun vurub

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mövsümün son səhnə əsəri - italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operası nümayiş olunub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

"Traviata" teatrın repertuarındakı ən populyar və sevilən tamaşalardan biridir.

Dahi bəstəkarın fransız yazıçısı Aleksandr (oğul) Dümanın "Kameliyalı qadın" romanı əsasında yazdığı operanın ruhu təzələyən musiqisi hər bir dinləyicinin qəlbinə yol tapır.

Tamaşaya xalq artisti Cənnət Səlimova quruluş verib.

Səhnə tərtibatçısı xalq rəssamı Tahir Tahirovdur.

Operada partiyaları teatrın aparıcı aktyorları ifa edib.

Son xəbərlər

Orphus sistemi