"Onun atası" bədii filminin çəkilişlərinə başlanılıb

"Onun atası" bədii filminin çəkilişlərinə başlanılıb Filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədovdur
İncəsənət
10 Avqust , 2015 15:00
Onun atası bədii filminin çəkilişlərinə başlanılıb

Bakı. 10 avqust. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə "Onun atası" adlı qısametrajlı bədii filmin çəkilişlərinə başlanılıb. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, psixoloji dram janrında olan yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, filmdə baş rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırırlar.

Son xəbərlər

Orphus sistemi