Ömər Şərif vəfat edib

Ömər Şərif vəfat edib Məşhur aktyorun ölüm xəbərini "Əl-Ərəbiyyə" telekanalı yayıb
İncəsənət
10 İyul , 2015 19:50
Ömər Şərif vəfat edib

Bakı. 10 iyul. REPORT.AZ/ Dünya şöhrətli aktyor Ömər Şərif 83 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Əl-Ərəbiyyə" telekanalı yayıb.

Məşhur aktyor uzun zamandır altsgeymer xəstəliyindən əziyyət çəkirdi. Bu barədə aktyorun oğlu Tarix Şərif məlumat verib. Onun sözlərinə görə, "atası son vaxtlar heç kimi tanımır, yada sala bilmirdi."

Xatırladaq ki, Ömər Şərif 1932-ci il aprelin 10-da Misirdə doğulub. 1954-cü ildə kino karyerasına başlayıb. 1962 -ci ildə "Oskar" mükafatının sahibi olub.

Ömər Şərifin çəkildiyi filmlər dünya kinosunun inciləri sırasındadır. 

Son xəbərlər

Orphus sistemi