Odessada həmyerlimizin çəkdiyi “İnam, ümid, sevgi” sənədli filminin təqdimatı keçirilib

Odessada həmyerlimizin çəkdiyi “İnam, ümid, sevgi” sənədli filminin təqdimatı keçirilib Film həyatın müxtəlif sferalarında yaşayan üç xristian qadın haqqındadır
İncəsənət
5 İyul , 2016 19:43
Odessada həmyerlimizin çəkdiyi “İnam, ümid, sevgi” sənədli filminin təqdimatı keçirilib

Bakı. 5 iyul. REPORT.AZ/ Odessa şəhər sovetinin daxili siyasət departamentinin və Müqəddəs-Arxangel-Mixayılov qadın monastırının dəstəyi ilə Ukraynanın Odessa şəhərində həmyerlimiz tanınmış kinorejissor, ssenarist Nadir Maçanovun “İnam, ümid, sevgi” adlı sənədli filminin təqdimatı keçirilib. 

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Təqdimat Odessanın dövlət səviyyəsində tədbirlərinin keçirildiyi ən böyük məkan olan dəniz vağzalının konsert zalında baş tutub. Film həyatın müxtəlif sferalarında yaşayan üç xristian qadın haqqındadır. Hər üç qadın birinci dəfə kamera qarşısında otururlar. Qəhrəmanlar - xəstəərinin qayğısına qalan təqaüdçü qadın, sevgisi uğrunda əllərini qana batırmış məhkum və həyatını Allaha sevgiyə həsr etmiş rahibə inam, ümid və sevgi haqqında fikirlərini bölüşürlər. Filmin çəkilişləri iki il yarım davam edib.

Təqdimat mərasimində dövlət xadimləri, mədəniyyət vəincəsənət nümayəndələri, müxtəlif dini təbəqələr, diplomatlar, deputatlar və Odessa sakinləri iştirak ediblər. Müsəlman rejissorun xristianlıq dəyərlərini belə incəliklə, həssaslıqla təqdimetməsi filmi izləyənlərdə yüksək təəssürat oyadıb. Təqdimatda Ukraynanın KİV nümayəndələridə iştirak edib və medianı ən çox maraqlandıran sual məhz müsəlman rejissorun xristianlıq haqqında film çəkməsi olub.

Mərasimdə çıxış edən rejissor Nadir Maçanov bu sualı belə cavablandırıb: “Mən Azərbaycan kimi tolerant bir ölkənin vətəndaşıyam. Elə buna görə də mənim digərdinlərə, o cümlədəndə xristianlığa olan münasibətim başqa cür ola bilməzdi. Bu mənim bir müsəlman olaraq xristianlara hədiyyəmdir”.

“Dinimiz fərqli olsa da, Allahımız birdir” deyən rejissoru tamaşaçılar alqışlarla dəstəkləyiblər.

Təqdimatda diqqət çəkən məqamlardan biridə operator və bəstəkar işlərinin yüksək qiymətləndirilməsi olub. Filmin prodüserləri Nadir Maçanov və Şahnaz Abdullayeva, operatoru Rahid Abbasov, bəstəkarı isə Emil Həşimovdur.

Təqdimatın sonunda filmin qəhrəmanlarından biri olan məhbus qadının səhnəyə dəvəti isə təşkilatçıların rejissora sürprizi olub.

“İnam, ümid, sevgi” filminin Venesiya kinofestivalına göndərilməsi planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi