Odessa caz-festivalının yaradıcısı vəfat edib

Odessa caz-festivalının yaradıcısı vəfat edib Cazmen uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkirmiş
İncəsənət
2 May , 2016 15:07
Odessa caz-festivalının yaradıcısı vəfat edib

Bakı. 2 may. REPORT.AZ/ Ukraynanın tanınmış cazmeni, Odessa caz-festivalının yaradıcısı Yuri Kuznetsov vəfat edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, cazmen uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Y.Kuznetsov 1953-cü ildə Odessada anadan olub. Dünyada məşhur olan caz festivallarına qatılan cazmen, 2000-ci ildən "Odessada caz-karnaval" Beynəlxalq Festivalının art-direktoru olub.

2011-ci ildə isə Beynəlxalq "Odessa Jazz Fest" Caz Festivalının prezidenti seçilib.

Son xəbərlər

Orphus sistemi