Nuriyyə Əhmədova: "Növbəti kino bayramını öz evimdə keçirmək istəyirəm"

Nuriyyə Əhmədova: "Növbəti kino bayramını öz evimdə keçirmək istəyirəm" Xalq artisti hazırda yaxın rəfiqəsinin bağında qalır
İncəsənət
1 Avqust , 2015 11:51
Nuriyyə Əhmədova: Növbəti kino bayramını öz evimdə keçirmək istəyirəm

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycanın tanınmış kino aktrisası, xalq artisti Nuriyyə Əhmədova Milli Kino Gününü şəhərdən kənarda, yaxın rəfiqəsinin bağ evində keçirəcək.

Bu barədə "Report"a məlumat verən aktrisa Milli Kino Gününün onun üçün həqiqi bayram olduğunu deyib.

"Mən sevinirəm ki, hər il avqustun 2-ni kino bayramımız kimi qeyd edirik. Bu günü bizə ümummilli liderimiz Heydər Əliyev bağışlayıb. Budəfəki bayramda Kinematoqrafçılar İttifaqı qarşıdan gələn yubileyimlə əlaqədar olaraq mənə 500 manat pul mükafatı təqdim etdi. Sağ olsunlar. Amma ən böyük problemim evlə bağlıdır. Bilirsiniz ki, mənim şəxsi evim yoxdur. Uzun zamandır yaxın rəfiqələrimin evində, bağında qalıram. Mənə çətindir. İnşallah, ümid edirəm ki, milli kinomuzun yaranmasının 118-ci ildönümündə, yəni gələn il mənə ev qismət olacaq. Bütün jurnalistləri öz evimə yığıb, qonaqlıq vermək istəyirəm". 

Xatırladaq ki, xalq artisti Nuriyyə Əhmədova 1950-ci ildə Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb. İlk fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.

Son xəbərlər

Orphus sistemi