Vətənpərvərlik Kinosu Günləri davam edir

Vətənpərvərlik Kinosu Günləri davam edir Növbəti film, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərova həsr edilib
İncəsənət
2 Dekabr , 2015 00:27
Vətənpərvərlik Kinosu Günləri davam edir

Bakı. 2 dekabr. REPORT.AZ/ Memarlıq və İnşaat Universitetinin Akt zalında Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərov haqqında çəkilmiş sənədli filmin təqdimatı olub.

"Report" xəbər verir ki, film “Yaddaş” Sənədli Filmlər Studiyasında Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycanın Milli qəhrəmanları” silsiləsi çərçivəsində çəkilib.

Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir.

Təqdimatda Universitetin rektoru Gülçöhrə xanım Məmmədova, Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri, qohumları və universitetin müəllim və tələbə kollektivi iştirak edib.

Qeyd edək ki, Ramiz Qəmbərov Şuşanın erməni işğalından müdafiəsi zamanı böyük şücaət və qəhrəmanlıq göstərib və 1992-ci il aprelin 30-da son döyüşdə ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlib.

Şuşanın Cıdır düzündə dəfn olunub.

Sonda “Şuşalı şəhid” sənədli filmi nümayiş olunub. 

Son xəbərlər

Orphus sistemi