Nikita Mixalkovun 70 illik yubileyi qeyd olunub

Nikita Mixalkovun 70 illik yubileyi qeyd olunub Səfir Polad Bülbüloğlu Azərbaycanın “Dostluq” ordenini yubilyara təqdim edib
İncəsənət
22 Oktyabr , 2015 12:57
Nikita Mixalkovun 70 illik yubileyi qeyd olunub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Rusiyanın görkəmli kinorejissoru və aktyoru, xalq artisti, "Oskar" mükafatı laureatı Nikita Mixalkovun 70 illik yubileyi qeyd olunub. 

Azərbaycanın Rusiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir Polad Bülbüloğlu yubiley tədbirində iştirak edib. P.Bülbüloğlu Azərbaycan Prezidenti İlham Əliyevin Nikita Mixalkovun “Dostluq” ordeni ilə təltif olunması haqqında sərəncamını və təbrik məktubunu oxuyub və ordeni yubilyara təqdim edib.

Xatırladaq ki, Nikita Mixalkov 1945-ci ildə Moskvada anadan olub. Atası şair-yazıçı Sergey Mixalkov, anası, şairə-tərcüməçi Nataliya Konçalovskayadır.

N.Mixalkova şöhrət gətirən ilk film rejissor Georgi Daneliyanın çəkdiyi "Mən Moskva ilə addımlayıram" ekran əsəri olub. 18 yaşlı N.Mixalkov bu filmdən sonra məşhurlaşıb. Kino yaradıcılığına aktyor kimi başlayan N.Mixalkov 1974-cü ildə ilk tammetralı bədii filmini çəkib.

Mixalkov 1997-ci ildən Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Moskva Beynəlxalq Kinofestivalının və Rusiya Mədəniyyət Fondunun Prezidentidir.

Saysız-hesabsız mükafatları olan Nikita Mixalkov 1994-cü ildə "Günəşdən usanmışlar" filminə görə "Oskar" mükafatını qazanıb.

Son xəbərlər

Orphus sistemi