Nəsibə Zeynalovanın 100 illik yubileyi Suraxanıda qeyd ediləcək

Nəsibə Zeynalovanın 100 illik yubileyi Suraxanıda qeyd ediləcək Tədbiri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi təşkil edir
İncəsənət
14 Aprel , 2016 13:53
Nəsibə Zeynalovanın 100 illik yubileyi Suraxanıda qeyd ediləcək

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli sənətkar Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı Suraxanı rayon Heydər Əliyev Mərkəzində tədbir keçiriləcək.

Bu barədə "Report"a tədbirin təşkilatçısı olan Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Mərasim aprelin 19-da baş tutacaq.

Tədbirdə xalq artisti İlham Namiq Kamal, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, əməkdar artist Ayan Mirqasımova və Nəsibə Zeynalovanın nəvəsi, Nəsibə Əskərova iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi