Nazir müavini: "Azərbaycan film kinostudiyasında son illərdə 159 müxtəlif film çəkilib"

Nazir müavini: "Azərbaycan film kinostudiyasında son illərdə 159 müxtəlif film çəkilib" Ədalət Vəliyev: "Azərbaycan son dörd il yarım ərzində 132 kino festivalında iştirak edib"
İncəsənət
2 Avqust , 2016 19:07
Nazir müavini: Azərbaycan film kinostudiyasında son illərdə 159 müxtəlif film çəkilib

Bakı. 2 avqust. REPORT.AZ/ "Azərbaycan film kinostudiyasında son dörd il yarım ərzində 20 tam metrajlı, 43 qısa metrajlı bədii film, 10 cizgi filmi, 86 sənədli film çəkilib".

"Report" xəbər verir ki, bunu Nizami Kino Mərkəzində Milli kino günü ilə bağlı tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.

O bildirib ki, bu çox böyük rəqəmlərdir: "Azərbaycan son dörd il yarım ərzində 132 kino festivalında iştirak edib, onun 43-dən ali mükafatlarla qayıdıb".

Nazir müavini qeyd edib ki, Azərbaycan filmləri bu gün həm ölkədən xaricdə, həm də ölkə daxilində -ölkənin bütün bölgələrində nümayiş olunur.

Son xəbərlər

Orphus sistemi