​Nazir Əbülfəs Qarayev Rusiyanın “İnsan və Qanun” verilişinin aparıcısı ilə görüşüb

​Nazir Əbülfəs Qarayev Rusiyanın “İnsan və Qanun” verilişinin aparıcısı ilə görüşüb Aleksey Pimanov Azərbaycanda olduğundan məmnunluğunu bildirib
İncəsənət
3 Oktyabr , 2015 21:02
​Nazir Əbülfəs Qarayev Rusiyanın “İnsan və Qanun” verilişinin aparıcısı ilə görüşüb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiyanın “İnsan və Qanun” verilişinin aparıcısı, rejissor, prodüser Aleksey Pimanovla görüşüb.

"Report" xəbər verir ki, görüşdə Ə.Qarayev Azərbaycan kinosunun son illərdə böyük inkişafa nail olduğunu bildirib.

Bu müddət ərzində kino sahəsinə maraq əvvəlki illərə nisbətən daha geniş auditoriya qazandığını vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanda bədii, sənədli filmlər, seriallar çəkilməkdədir.

Görüşdə, həmçinin Azərbaycanda keçirilən Rusiya filmləri həftəsinin əsas məqsədinin iki ölkə arasında kino sahəsində əlaqələrin inkişafına xidmət etdiyi vurğulanıb.

Rusiyalı qonaq Aleksey Pimanov öz növbəsində Azərbaycanda olduğundan məmnunluğunu ifadə edib. Bu cür mədəni tədbirlərin keçirilməsinin iki ölkə arasında mədəni əməkdaşlığa müsbət təsir göstərdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi