Nazim Hikmətin "Ceviz ağacı" İrəvan Teatrının səhnəsində tamaşaya qoyulacaq

Nazim Hikmətin "Ceviz ağacı" İrəvan Teatrının səhnəsində tamaşaya qoyulacaq Tamaşanın rejissoru Ramiz Həsənoğludur
İncəsənət
30 İyun , 2016 21:00
Nazim Hikmətin Ceviz ağacı İrəvan Teatrının səhnəsində tamaşaya qoyulacaq

Bakı. 30 iyun. REPORT.AZ/ Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında "Ceviz ağacı" pyesinin oxunuşu keçirilib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əsəri yazıçı-dramaturq Aqşin Babayev qələmə alıb. Tamaşa görkəmli türk dramaturqu və ictimai xadimi Nazim Hikmətin həyat və mübarizəsini əks etdirir.

"Ceviz ağacı" pyesinin quruluşçu rejissoru, əmkdar incəsənət xadimi Ramiz Həsənoğludur.

Nazim Hikmət rolunu İftixar Piriyev oynayacaq. Tamaşa, yeni teatr mövsümündə səhnəyə qoyulacaq.

Son xəbərlər

Orphus sistemi