Naxçıvanski haqqında filmin çəkilişləri Bakıda, Naxçıvanda və Sankt-Peterburqda aparılıb

Naxçıvanski haqqında filmin çəkilişləri Bakıda, Naxçıvanda və Sankt-Peterburqda aparılıb Tammetrajlı sənədli filmin istehsalı başa çatmaq üzrədir
İncəsənət
4 Fevral , 2015 15:54
Naxçıvanski haqqında filmin çəkilişləri Bakıda, Naxçıvanda və Sankt-Peterburqda aparılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" sənədli filmlər studiyası və Sankt-Peterburqun "Lennauçfilm" Kinostudiyası tərəfindən çəkilən, Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı olmuş Hüseyn xan Naxçıvanski haqqında tammetrajlı sənədli filmin istehsalı başa çatmaq üzrədir.

"Report" xəbər verir ki, çəkilişləri Naxçıvanda, Bakıda və Sankt-Peterburqda aparılan filmdə arxiv materiallarından geniş istifadə olunub.

Filmin ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.

Sovet hakimiyyətini qəbul etmədiyinə görə bolşeviklər tərəfindən güllələnən, xatirəsi bu gün də Rusiyada və Azərbaycanda əziz tutulan böyük sərkərdənin zəngin və keşməkeşli həyat yolunu əks etdirən ekran əsərinin artıq səsləndirməsi başa çatmış və son tamamlama işləri aparılır. Film yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi