Naxçıvanda "Plov" və "Yallı" festivalları keçiriləcək

Naxçıvanda "Plov" və "Yallı" festivalları keçiriləcək Mərasim sentyabrın 30-da baş tutacaq
İncəsənət
28 Sentyabr , 2016 18:16
Naxçıvanda Plov və Yallı festivalları keçiriləcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ Naxçıvanda sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı” festivalları keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Festivallarda Azərbaycan milli mətbəxinin yeməklərindən olan plov nümayiş etdiriləcək, qədim yallılar ifa olunacaq.

“Ən dadlı plov” müsabiqəsinin qalibləri və “Ən yaxşı yallı” kollektivləri mükafatlandırılacaq.

Qeyd edək ki, Azərbaycanda 200-dən çox plov növü var. Festivalda nümayiş olunacaq müxtəlif plov növləri peşəkar və həvəskar aşpazlar tərəfindən hazırlanacaq.

Muxtar respublikada 40-dan çox yallı oynanılır. 

Son xəbərlər

Orphus sistemi