Naxçıvan Dövlət Musiqili Dram Teatrında yeni tamaşa səhnəyə qoyulacaq

Naxçıvan Dövlət Musiqili Dram Teatrında yeni tamaşa səhnəyə qoyulacaq Teatrda Əli Əmirlinin "Varlı qadın" komediyasının məşqləri gedir
İncəsənət
18 Noyabr , 2015 12:04
Naxçıvan Dövlət Musiqili Dram Teatrında yeni tamaşa səhnəyə qoyulacaq

Bakı. 18 oktyabr. REPORT.AZ/ Tanınmış yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" komediyası Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində tamaşaya qoyulacaq. Hazırda Naxçıvan teatrında tamaşanın məşqləri gedir.

Bu barədə "Report"a Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru Rza Xudiyev məlumat verib.

Rza Xudiyev "Varlı qadın" əsərinin ilin sonunadək təhvil veriləcəyini deyib.

Xatırladaq ki, tamaşaya quruluşu Naxçıvan teatrının rejissoru Tofiq Seyidov verib.

Rolları Azərbaycanın əməkdar artisti Behruz Haqverdiyev, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Günay Qurbanova, Vüsal Rzayev, aktyorlar Elmir Rzayev, Nurbəniz Niftəliyeva, Zakir Fətəliyev və başqaları ifa edəcək.

Tamaşanın rəssamı, Naxçıvanın əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatı Azərbaycanın əməkdar artisti Mübariz Əsgərova aiddir.

Naxçıvan Dövlət Dram Teatrının direktoru Rza Xudiyev teatrda Q.Qorinin "Herostratı unudun" tamaşasının hazırlanacağını da bildirib. Tamaşaya Səmədcan Baxşiyev quruluş verəcək.

Son xəbərlər

Orphus sistemi