Bakı. 17 avqust. REPORT.AZ/ Avqustun 17-si Azərbaycanın və SSRİ-nin xalq artisti, böyük müğənni və bəstəkar Müslüm Maqomayevin doğum günüdür.
"Report" xəbər verir ki, bu münasibətlə müğənninin doğum günü Bakıda, Fəxri Xiyabanda qeyd edilib.
Mərasimdə Azərbaycan
Səfir Vladimir Doroxin çıxış edərək bildirib ki, Müslüm Maqomayev bütün ömrü boyu Azərbaycan və Rusiya arasındakı dostluğa xidmət etdi: "Bu dostluğu həmişə möhkəmləndirməyə səy göstərdi və bunu bacardı". Diplomat M.Maqomayevə həsr edilmiş bir şeir səsləndirməklə çıxışını yekunlaşdırıb.
M.Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya isə çıxışında illər ötsə də, Müslüm Maqomayevin unudulmağından şad olduğunu deyib: "Bu gün Müslümün 73 yaşı tamam olur. Ancaq mən belə hesab edirəm ki, onun 73 deyil, 37 yaşı tamam olur".
Qeyd edək ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub.
Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb. 2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib.