Musiqili Teatrda yeni uşaq tamaşası hazırlanır

Musiqili Teatrda yeni uşaq tamaşası hazırlanır “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası vətənpərvərlik mövzusundadır
İncəsənət
6 May , 2016 20:00
Musiqili Teatrda yeni uşaq tamaşası hazırlanır

Bakı. 6 may. REPORT.AZ/ Musiqili Teatrda yeni uşaq tamaşasının məşqləri başlayıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Musiqili Teatrından bildirilib.

Məlumata görə, teatrda Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşasının quruluşçu-rejissoru Əhəd Hacıyevdir. Tamaşa balacalarda vətənpərvərlik hissinin təlqin edilməsinə xidmət edir.

Maraqlı süjet xəttinə malik olan bu tamaşa əslində dolayısı ilə erməni xisləti haqqında uşaqları məlumatlandırmaq missiyası daşıyır. Tülkü və Çaqqal qəfildən bir meşəyə soxulur, “Buralar bizim tarixi vətənimizdir!” deyib ətrafa car çəkirlər. Yerli heyvanların yuvalarını dağıdıb, yerində daşdan ev tikərək öz tarixi eksponatları kimi təqdim edirlər. Hansısa eşşəyin çənəsini göstərib “Ulu babamızındır, arxeoloji qazıntılar zamanı tapmışıq!” söyləyirlər. Bir sözlə, əsl erməni xisləti nümayiş etdirirlər. Sürətlə inkişaf edən hadisələr elə bir məcraya yön alır ki, haqq-ədaləti bərpa etmək üçün yerli əhali fövqəlgücə - Ayıya müraciət etmək zorunda qalır. Və... əsl tamaşa da məhz bundan sonra başlayır”

Tamaşanın geyim üzrə rəssamı Yelena Almazova, rejissoru Elməddin Dadaşov, rejissor-assistenti Tamilla Aslanovadır.

Rolları Əmrah Dadaşov, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Elxan İsmayılov, Gülnarə Kərimbəyova, Zinyət Qurbanova, Şaban Cəfərov, Murad Əliyev, Elçin İmanov, Fərid Rzayev, Nigar Qarayeva və Cəlalə Novruzli ifa edir.

Son xəbərlər

Orphus sistemi