Musiqili Teatrda “Amerikalı kürəkən” tamaşasının premyerası olub

Musiqili Teatrda “Amerikalı kürəkən” tamaşasının premyerası olub Əməkdar artist Almaz Ələsgərli səhnə əsərində əsas qəhrəmanlardan birini canlandırıb
İncəsənət
2 May , 2016 14:03
Musiqili Teatrda “Amerikalı kürəkən” tamaşasının premyerası olub

Bakı. 2 may. REPORT.AZ/ Dövlət Musiqili Teatrı Ramiz Mirişlinin “Amerikalı kürəkən” ikihissəli musiqili komediyasını yeni quruluşda təqdim edib.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır.

Musiqili komediyanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi xalq şairi Fikrət Qoca, xormeysteri əməkdar artist Vaiqf Məstanov, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Nigar Qarayeva və Gülnarə Kərimbəyova ifa edir.

Məlumata görə, “Amerikalı kürəkən”in yeni quruluşunun diqqət çəkən məqamlarından biri də müğənni, əməkdar artist Almaz Ələsgərlinin bu səhnə əsərində əsas qəhrəmanlardan birini – Tunzalə obrazını canlandırmasıdır.

Tunzalə qızı Reyhanı varlı-pullu bir adama ərə vermək istəyir. Reyhanın isə öz sevdiyi var. Bu, kasıb ingilis dili müəllimi Kamrandır. Gənclər Tunzalə xanımın var-dövlət hərisliyinin onların qovuşmasına əngəl olduğunu görüb kələk qururlar. Məhz bu kələk nəticəsində hadisələrin axarı tamamilə dəyişərək gözlənilməz situasiyalarla zəngin olan bir məcraya yön alır.

Son xəbərlər

Orphus sistemi