Musiqili Teatr Yeni il şənliklərinin planını açıqlayıb

Musiqili Teatr Yeni il şənliklərinin planını açıqlayıb Dekabrın 24-dən başlanan yeni il şənlikləri yanvarın 6-dək davam edəcək
İncəsənət
13 Noyabr , 2015 13:32
Musiqili Teatr Yeni il şənliklərinin planını açıqlayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ 2015-ci il yekunlaşır. Azərbaycan Dövlət Musiqili Teatrı artıq qarşıdan gələn 2016-cı il – Yeni İl Bayramı şənliklərinin hazırlıqlarına start verib.

"Report" xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrında “Yeni İl” şənliklləri dekabrın 24-də başlanacaq.

Dekabrın 24-dən başlanan yeni il şənlikləri yanvarın 6-dək davam edəcək.

Hər il olduğu kimi bu ildə Dövlət Musiqili Teatrının təşkil etdiyi “Yeni İl” şənliklərində balaca tamaşaçıları bir sıra maraqlı məqamlar, sürprizlər, hədiyyələr gözləyir. Tamaşaçılar müxtəlif nağıl qəhrəmanları, Şaxtababa və Qarqızla birbaşa ünsiyyətdə ola biləcək, onlarla əylənəcək, Yeni İli birlikdə qarşılayacaq.

Qeyd edək ki, balaca tamaşaçılara teatrın hazırladığı nağıl-tamaşa təqdim ediləcək.

Biletləri şəhərin teatr-konsert kassalarından əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi