Fevral ayında Musiqili Teatrda 20 tamaşa nümayiş etdiriləcək

Fevral ayında Musiqili Teatrda 20 tamaşa nümayiş etdiriləcək Biletlərin qiyməti 5 manatdan başlayır
İncəsənət
26 Yanvar , 2016 17:00
Fevral ayında Musiqili Teatrda 20 tamaşa nümayiş etdiriləcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında fevral ayında 20 tamaşa nümayiş etdirəcək.

Məlumatı "Report"a teatrın mətbuat xidmətindən veriblər.

Teatrdan bildirilib ki, tamaşaçılara “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Ər və arvad” (Ü.Hacıbəyli), “Toya bir gün qalmış” (Ə.Səmədli), “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), “www-ferzeli-kef.com” (E.Sabitoğlu, C.Məmmədov), “Kimdir müqəssir?” (Ə.Haqverdiyev), “Talelər qovuşanda” (R.Hacıyev, E.Ocaqov, F.Zöhrabov), “Qısqanc ürəklər” (R.Mirişli, M.Haqverdiyev) və başqa səhnə əsərləri təqdim ediləcək.

Habelə rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı” (R.Hacıyev), “Skapenin kələkləri” (J.B.Molyer), “Düyməcik” (H.K.Anderson), “Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin), “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər), “Bir dayan, canavar” (R.Ağayeva, A.Xayt, A.Kurlyanski), “Qırmızıpapaq” (E.Sabitoğlu, Y.Şvarts) və başqa tamaşaları izləyə biləcəklər.

Qeyd edək ki, tamaşalara biletlərin qiyməti 5 manatdan başlayır. Biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi