Musiqili Teatr 106-cı mövsümün ən yaxşılarını mükafatlandırıb

Musiqili Teatr 106-cı mövsümün ən yaxşılarını mükafatlandırıb Xalq artisti İlham Namiq Kamal "Büllür alma" mükafatı ilə təltif edilib
İncəsənət
4 İyul , 2016 15:40
Musiqili Teatr 106-cı mövsümün ən yaxşılarını mükafatlandırıb

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümə yekun vurub.

"Report" xəbər verir ki, bununla bağlı teatrda mükafatlandırma mərasimi keçirilib.

Mehriban Zalıyeva “Mövsümün ən yaxşı aktrisası”, Çingiz Əhmədov isə “Mövsümün ən yaxşı aktyoru” adına layiq görülüb.   

“Mövsümün debütü” Azərbaycan bölməsi üzrə Aydan Həsənova və Əmrah Dadaşov, rus bölməsi üzrə Nərgiz Kərimova və Nicat Əli, “Mövsümün perspektivli aktrisası” Nigar Qarayeva, “Mövsümün perspektivli aktyoru” Səmədzadə Xasıyev, “Mövsümün ən məhsuldar aktyoru” Ağaxan Şərifov, “Mövsümün sevilən aktrisası” əməkdar artist Almaz Ələsgərova, “Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı” Ülviyyə Əliyeva, “Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti” Tofiq Seyidəmirov, “Mövsümün ən yaxşı xor artisti” Fərid Rzayev, “Mövsümün ən yaxşı balet artisti" Cəlalə Novruzlu, “Mövsümün ən yaxşı texniki işçisi” İfadə Bağırova, "Mövsümün ən işgüzar əməkdaşı" Vidadi Həsənov, "Mövsümün ən yaxşı tamaşası" isə Elçinin "Baladadaşın toy hamamı" və "Min bir gecə nağılı" və Fikrət Əmirovun musiqiləri əsasında hazırlanmış "999-cu gecə" səhnə əsərləri olub. 

Bundan başqa, xalq artisti İlham Namiq Kamal və gənc aktyor Hüseyn Əlili mərhum aktyor Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi "Büllür alma" mükafatı ilə təltif edilib.

Mükafatları xalq artisti Afaq Bəşirqızı, İlham Namiq Kamal, Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev və teatrın aparıcı aktyorları sənət dostlarına təqdim ediblər.

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevin 60 illik yubileyidir. Bu münasibətlə teatrın kollektivi də öz növbəsində Əliqismət Lalayevi təbrik edib. Yubilyara Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxləri təbriklərini çatdırıb, hədiyyələrini təqdim ediblər.

Təqdimat mərasimindən sonra teatrın kollektivinin ifasında bayram konserti keçirilib.

Xatırladaq ki, mükafatlar Ə.Lalayevin təklifi əsasında Musiqili Teatr və onun Həmkarlar İttifaqı tərəfindən 105-ci teatr mövsümündə təsis edilib.

Son xəbərlər

Orphus sistemi