Xacmazda “Multikulturalizm ili” çərçivəsində tamaşa göstərilib

Xacmazda “Multikulturalizm ili” çərçivəsində tamaşa göstərilib Uşaqlar üçün “Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası təqdim olunub
İncəsənət
9 İyun , 2016 19:57
Xacmazda “Multikulturalizm ili” çərçivəsində tamaşa göstərilib

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı “Multikulturalizm ili” çərçivəsində Xacmazda tamaşa nümayiş etdirib.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

V.Ulanovski və V.Orlovun uşaqlar üçün “Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası Xaçmaz rayon Mədəniyyət Evində balaca tamaşaçılara təqdim olunub. Bundan əvvəl isə Masallı rayonunda yenə də uşaqlar üçün O.Zülfüqarov və R.Heydərin “Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşasını balacaların ixtiyarına verilib.

Tamaşanın quruluşçu-rejissoru Svetlana Bulax, rejissor-assistenti Tamilla Aslanovadır.

Rolları əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Rauf Babayev, Gülnarə Kərimbəyova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa edib. 

Son xəbərlər

Orphus sistemi