Akademik Milli Dram Teatrında "Müfəttiş" komediyasının premyerası olub

Akademik Milli Dram Teatrında "Müfəttiş" komediyasının premyerası olub Tamaşa xalq artisti Rəfael Dadaşovun 70 illik yubileyinə həsr edilib
İncəsənət
2 İyul , 2016 11:14
Akademik Milli Dram Teatrında Müfəttiş komediyasının premyerası olub

Bakı. 2 iyul. REPORT.AZ/ Akademik Milli Dram Teatrında N.V.Qoqolun "Müfəttiş" komediyasının premyerası olub.

"Report" xəbər verir ki, tamaşa xalq artisti Rəfael Dadaşovun 70 illik yubileyinə həsr edilib.

Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz (Anton Antonoviç Skvoznik Dmuxanovski), Rafiq Əzimov (Osip), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı və Nigar Güləhmədova, (Anna Andreyevna), Kazım Həsənquliyev və Məzahir Cəlilov, (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin və Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), Əlvida Cəfərov (Osip), Firuz Xudaverdiyev (Xristian İvanoviç Qibner), aktyorlar Rövşən Kərimduxt (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), İlahə Həsənova (Marya Antonovna), Rəşad Bəxtiyarov (Luka Lukiç Xlopov), Ramin Şıxəliyev və Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski) və Elgün Həmidov (Svistunov, meyxana xidmətçisi, Mişka, Şeytan) çıxış ediblər.

Tamaşanın növbəti premyerası bu gün olacaq. Səhnə əsərində Anton Antonoviç Skvoznik Dmuxanovski obrazını xalq artisti Ramiz Novruz, Anna Andreyevnanı əməkdar artist Şəlalə Şahvələdqızı ifa edəcək. 

Qeyd edək ki, M.Mikayılov hazırda Novosibirskdə işləyir və Akademik Milli Dram Teatrında “Xanuma”, “Şah və şair, “İlahi oyun” tamaşalarına quruluş verib.

Xatırladaq ki, Azərbaycan səhnəsində müxtəlif illərdə tamaşaya qoyulan əsərə, Akademik Milli Dram Teatrının səhnəsində sonuncu dəfə görkəmli teatr rejissoru Mehdi Məmmədov quruluş verib. 1952-ci ildə oynanılan tamaşa N.V.Qoqolun vəfatının 100 illiyinə həsr edilib və əsəri Azərbaycan dilinə Sabit Rəhman tərcümə edib.

Son xəbərlər

Orphus sistemi