"Mozalan" studiyasının elan etdiyi müsabiqə başa çatıb

"Mozalan" studiyasının elan etdiyi müsabiqə başa çatıb Nəticələr yanvarın sonunda açıqlanacaq
İncəsənət
15 Yanvar , 2015 14:28
Mozalan studiyasının elan etdiyi müsabiqə başa çatıb

Bakı. 15 yanvar. REPORT.AZ / "Mozalan" studiyasının keçən il noyabrın 15-də elan etdiyi “Ən yaxşı bədii süjet ssenariləri” müsabiqəsi sona çatıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" Kinostudiyasının mətbuat xidməti yayıb.

Müsabiqəyə daxil olan ssenarilərin sayının çox olması ilə əlaqədar olaraq nəticələr yanvar ayının sonunda elan olunacaq.

Qaliblərin adları azerbaijanfilm.az saytında və "Mədəniyyət" qəzetində açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi