Moskvada "Nika" kinematoqrafiya mükafatı təqdim edilib

Moskvada "Nika" kinematoqrafiya mükafatı təqdim edilib Mərasim Moskvanın “Russkaya pesnya” teatrında baş tutub
İncəsənət
2 Aprel , 2016 16:45
Moskvada Nika kinematoqrafiya mükafatı təqdim edilib

Bakı. 2 aprel. REPORT.AZ/ Moskvada "Nika" kinematoqrafiya mükafatı təqdim edilib. "Report" xəbər verir ki, mərasim Moskvanın “Russkaya pesnya” teatrında baş tutub.

Rejissor Aleksandr Mindadze “Mehriban Hans, əziz Pyotr” filminə görə və "ən yaxşı ssenarist" nominasiyasında Qran Pri qazanıb.

Təqdimat mərasimini Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının prezidenti Andrey Konçalovski və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy mərasimi açıq elan edərkən Vladimir Putinin təbrik teleqramını oxuyub. V.Putin beynəlxalq film festivallarında layiqli yüksək mükafatlar alan rusiyalı kinematoqrafların əməyini yüksək qiymətləndirib.

"MDB və Baltikyanı ölkələrin ən yaxşı film" nominasiyasında Mirlan Abdıkalıkovun rejissoru olduğu Qırğızıstanın "İlahi köç yeri" filmi qalib olub.

Aktrisa Alisa Freyndlix mərhum rejissor Eldar Ryazanovun adını daşıyacaq və bu il ilk dəfə təqdim olunan xüsusi “Şərəf və ləyaqət” mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi