Moskvada Beynəlxalq Rastropoviç Festivalı başlayıb

Moskvada Beynəlxalq Rastropoviç Festivalı başlayıb Festival aprelin 5-dək davam edəcək
İncəsənət
28 Mart , 2016 09:56
Moskvada Beynəlxalq Rastropoviç Festivalı başlayıb

Bakı. 28 mart. REPORT.AZ/ Moskvada VII Beynəlxalq Mstislav Rastropoviç Festivalı başlayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, festivalın açılışı Moskva Konservatoriyasının Böyük zalında Motsartın "Rekviyem" əsəri ilə olub.

Bu dəfə keçirilən festival M.Rastropoviçin xanımı, görkəmli opera müğənnisi Qalina Vişnevskayanın 90 illik yubileyinə həsr edilib.

Festivalın açılşında Rusiyanın görkəmli sənət adamları, musiqi xadimləri iştirak edib.

10 gün davam edəcək beynəlxalq festivalda Rusiya, İngiltərə, Fransa Opera və Balet teatrlarının solistləri və Rusiya Dövlət Filarmoniyasının musiqiçiləri iştirak edəcək.

Festivalın iki günü Qalina Vişnevskayanın vətəni - Sankt-Peterburqda və Kronştadta keçiriləcək.

Son xəbərlər

Orphus sistemi