Moskva teatrlarının tamaşalarına Bakıdan baxmaq mümkün olcaq

Moskva teatrlarının tamaşalarına Bakıdan baxmaq mümkün olcaq Fevralın 21-də Moskva Akademik Satira Teatrı Şekspirin "İnadkarın ram edilməsi" pyesi əsasında tamaşa verəcək
İncəsənət
18 Fevral , 2016 12:09
Moskva teatrlarının tamaşalarına Bakıdan baxmaq mümkün olcaq

Bakı. 18 fevral. REPORT.AZ/ Rusiya əməkdaşlığının Azərbaycandakı nümayəndəliyinin saytında Moskva teatrlarının tamaşalarının onlayn yayımı mövsümü açılır.

"Report" Rusiya informasiya-mədəniyyət mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tamaşalara intenetə çıxışı olan istənilən şəxs baxa bilər.

İlk yayım fevralın 21-də Bakı vaxtı ilə saat 13:00-da baş tutacaq. SSRİ xalq artisti Valentin Pluçekin quruluşu ilə Moskva Akademik Satira Teatrının Uilyam Şekspirin "İnadkarın ram edilməsi" pyesi əsasında tamaşası göstəriləcək.

Tamaşaya baxmaq üçün yalnız Rusiya əməkdaşlığının Azərbaycandakı nümayəndəliyinin saytına (http://aze.rs.gov.ru/node/8853) daxil olmaq kifayətdir.

Son xəbərlər

Orphus sistemi