Moskva Teatrı Səməd Vurğun adına Rus Dram Teatrına qonaq gəlir

Moskva Teatrı Səməd Vurğun adına Rus Dram Teatrına qonaq gəlir Teatrın aktyorları premyera nümayiş etdirəcək
İncəsənət
15 Dekabr , 2014 12:07
Moskva Teatrı Səməd Vurğun adına Rus Dram Teatrına qonaq gəlir
Bakı. 15 dekabr. REPORT.AZ/ Moskva Teatrı Səməd Vurğun adına Rus Dram Teatrına qonaq gəlir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Rus Dram Teatrının mətbuat xidməti yayıb.

Dekabrın 20-də Rus Dram Teatrının səhnəsində tanınmış rus aktyoru Vyaçeslav Nevinneyin yaradıcılıq evi "Evlənmək istəyənlərə rəhbərlik" tamaşasının premyerasını təqdim edəcək.

Tamaşa A.P.Çexovun "Təklif", "Diplomat", "Ayı", "Uzun dil", hekayə və vodevillərinin motivləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı Rusiyanın əməkdar artisti Vyaçeslav Nevinneydir. Baş rollarda Rusiyanın xalq artisti Aleksandr Paşutin, əməkdar artist Aleksandr Semçov, həmçinin teatr və kino aktrisası Mirel çıxış edəcək.

Xatırladaq ki, dekabrın 20-də Səməd Vurğun adına Rus Dram Teatrının yaradılmasının növbəti ildönümüdür. Moskvalı qonaqlar teatrın ad günündə nümayiş etdirəcəkləri tamaşanı bakılı dostlarına hədiyyə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi