Mingəçevir teatrında “Ağıl və Güc” tamaşasına ictimai baxış olub

Mingəçevir teatrında “Ağıl və Güc” tamaşasına ictimai baxış olub Yaxın günlərdə tamaşanın premyerası keçiriləcək
İncəsənət
2 Oktyabr , 2015 17:36
Mingəçevir teatrında “Ağıl və Güc” tamaşasına ictimai baxış olub

Bakı. 2 oktyabr. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrında yeni tamaşaya ictimai baxış olub.

Teatrdan "Report"a verilən məlumata görə, yazıçı Əli Səmədlinin "Cəsurlar" nağıl-pyesi əsasında "Ağıl və Güc" adlı tamaşa hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Zülfüqar Abbasovdur. Səhnə əsərində E.İbrahimova, A.Məmmədov kimi təcrübəli aktyorlarla yanaşı, teatrın gənc aktyorları da rol alıb.

Yaxın günlərdə tamaşanın premyerası olacaq.

Son xəbərlər

Orphus sistemi